
Category : Blog
Hər il “Yer saatı” kampaniyası çərçivəsində dünyanın bir çox məhşur restoranları müxtəlif tədbirlər təşkil edərək planetimizə olan qayğı və diqqətləri nümayiş edirlər. Əgər sizin restoranınız Yer Saatına dəstək üçün nəsə etmək və iqlim dəyişkənliyinə qarşı mübarizəyə qoşulmaq istəyirsə,
Category : Blog
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Green Baku Ekoloji Gənclər Birliyinin təşkilatçılığı ilə 19 mart 2016-cı il tarixində “Yer Saatı-2016” ekoloji kampaniyası keçirilmişdir. Bu il kampaniyaya Bakı şəhəri ilə yanaşı Lənkəran və Quba şəhərləri də qoşulmuşdur.
Bəşəriyyət tarixində ən kütləvi ekoloji ictimai aksiya olan “Yer Saatı-2016” tədbirinə 178 ölkədən 7000-dən çox şəhər qoşulmuşdur. Bu il martın 19-na təsadüf edən tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək vermişdilər.
Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyəti, Hökümət Evi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), BMT-in Bakıdakı binası, Azercell, ASAN Xidmət, Hilton, İnturist və Bakı Bulvar hotellərinin binaları bir saatlıq elektrik enerjisinə qənaət edərək iqlim dəyişikliyi mücadiləsinə qoşulmuşdurlar.
Bununla yanaşı ilk dəfə olaraq şəhərimizin bir sıra restoranları “Yer Saatı” tədbirini məkanlarında enerjiyə qənaət edərək xüsusi sağlam qida məhsulları və akustik musiqi proqramı ilə qeyd etmişdilər.
Tədbir iştirakçıları 19 mart 2016-cı il tarixində saat 20:30-21:30-da AMEA binasının qarşısında kampaniyanın rəmzi olan “60+” yazısını şamlarla işıqlandırmışdılar. Eyni zmanada öncədən elan olunmuş “Ən kreativ şam” müsabiqəsinin qalibləri sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.
Bu ilki tədbirə Let’s do it Azerbaijan, “BİR” könüllü proqramı və Azərbaycan Skautlar birliyinin könüllüləri də qoşulmuşdular.
Qeyd edək ki, “Yer saatı” kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.
Category : Blog
“Yer saatı – 2016” kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Bu ilki tədbir 19 mart saat 20:30-da Bakı şəhərində “İqlim dəyişikliyinə Bir İşıq Saç!” şüarı altında qeyd ediləcəkdir.
Qeyd edək ki, “Yer saatı” kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.
Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.
WWF-in Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində “Yer saatı” kampaniyası çərçivəsində maraqlı tədbirlər və müsabiqə keçirəcəkdir. Eyni zamanda şəhərimizin ən məhşur binaları fasad işıqlarını bir saat müddətində söndürərək bu kampaniyaya dəstək verəcəklər. Kampaniyada iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edirik.
Bundan əlavə, facebook sosial şəbəkəsinin istifadəçiləri http://www.changeclimatechange.org vebsaytından öz profil şəkillərini dəyişərək və Yer Saatı haqqında məlumatları öz səhifələrində bölüşərək kampaniyaya dəstək verə və “Yer saatı-2016” tədbirin detalları ilə facebook səhifəsində və vebsaytdan tanış ola bilərsiniz.
Category : Blog
Siz də kollektivinizlə birgə “Yer saatı” kampaniyasına qoşula və planetimizin qorunmasına dəstək ola bilərsiniz.
Burda sizə maraqlı ideyalar təklif edirik:
Category : Blog
Məktəblərin “Yer Saatı” kampaniyasında iştirakı çox önəmlidir. Bu gənc nəslin bu məsələlərdə maariflənməsinə və yaxından iştirakına təkan verir və onların indidən planetimizin gələcəyi barədə nələr edə biləcəklərini təşviq edir.
Category : Blog
Hazırda nə düşündüyünüzü bilirik – “Mən təkəm, öz gücümü necə sərf edə bilərəm?”
Əslində saysız maraqlı üsullarla! Aşağıda sizi ilhamlandıracaq bir sıra ideyaları təqdim edirik:
Category : Blog
“Yer Saatı” üçün işıqları söndürmək planet qarşısında öhdənə düşəni yerinə yetirmək deməkdir. Həm də evdə əylənməyə başlamaq deməkdir.
Bilirsinizmi ki, evdə ən sadə hərəkətlər belə planetə kömək edə bilərsiniz? Eyni zamanda, martın 19-u saat 20:30-da işıqları söndürərək ailəmiz və dostlarımızla əyləncəli vaxt keçirə bilərik.
Evdə piknik
1.Şamlar istənilən yeməkdə məftunedici abu-hava yaradır. Qonaq otağında süfrə açılır və şamlar yandırılır. Ənənəvi piknik yeməkləri olan kiçik sendviçlər və şirniyyatlarla şam yeməyi təşkil edin.
Qaranlıqda incəsənət
Canlını tapmaq
Mənzərələr axtarışı
4.Sənin şəhərində olan məşhur mənzərəli binalardan biri “Yer saatı”na görə öz işiqlarını bir saatlıq söndürə bilərmi? Bir gecə şəhərə gəzintiyə çıx və bax hansı bina planetə dəstək olduğunu göstərmək üçün öz işıqlarını bir saatlıq söndürə bilər.
Ulduzları seyr elə
5.Kosmosu öyrənməyə çalış, üzünü qaranlığa tut, evinin yaxınlığında bir məkan seç və qaranlıq səmada bürcləri seçməyə çalış.
Şəkil çəkmək
6.Ya evdə şamla işıqlandırılmış və yaxud qaranlıqda ay işığı mənzərəsində olan şəkilini çək. Sonra isə sosial şəbəkələrdə #earthhouraze həştəqi ilə paylaş.
Problemi həll etmək
7.Atmosferə axıdılan zərərli qazların izlərinin azalmasının yolunu tapmaq üçün “Yer saatı” ən yaxşı günlərdən biridir. Otaqdan çıxarkən işığı 15 dəqiqəlik olsa da söndürmməklə qənaet etmiş oluruq. Ətraf mühitin qorunması üçün bunlar ən sadə yollardır.
Category : Blog
This year WWF Azerbaijan will organize International “Earth Hour” campaign with GREEN BAKU Youth Ecological Union. GREEN BAKU Youth Ecological Union invite everyone to this years campaign scheduled for 19th of March at 20:30.