Yer Saatı-2016:  qaranlıqda edə biləcəyimiz 7 addım….

  • 0
Green Baku

Yer Saatı-2016:  qaranlıqda edə biləcəyimiz 7 addım….

Tags :

Category : Blog

“Yer Saatı” üçün işıqları söndürmək planet qarşısında öhdənə düşəni yerinə yetirmək deməkdir. Həm də evdə əylənməyə başlamaq deməkdir.

Bilirsinizmi ki, evdə ən sadə hərəkətlər belə planetə kömək edə bilərsiniz? Eyni zamanda, martın 19-u saat 20:30-da işıqları söndürərək ailəmiz və dostlarımızla əyləncəli vaxt keçirə bilərik.

Evdə piknik

1.Şamlar istənilən yeməkdə məftunedici abu-hava yaradır. Qonaq otağında süfrə açılır və şamlar yandırılır. Ənənəvi piknik yeməkləri olan kiçik sendviçlər və şirniyyatlarla şam yeməyi təşkil edin.

candle dinner

Qaranlıqda incəsənət

  1. Qaranlıqda fil, pələng, kərkədan və dəniz tısbağasının təsvirini çəkməyə çalışın. Əgər sənin rəsm qabiliyyətin yaxşı deyilsə heç də narahat olma, çox güman ki, “şah əsərin” işiqlar yananda hərkəsin gülüşünə səbəb olacaq.

Green Baku

Canlını tapmaq

  1. Heç şirin bağırtısını eşitmisən? Sən nə vaxtsa qorillanın qəzəblənməsinin riskini almısan? Növbə ilə heyvan səsləri çıxardıb onları tapmağa cəhd et. Növbəti mərhələni isə divarda əllərinlə və ya fənərlə onun kölgəsini yaratmağa çalış.

green baku 2

Mənzərələr axtarışı

4.Sənin şəhərində olan məşhur mənzərəli binalardan biri “Yer saatı”na görə öz işiqlarını bir saatlıq söndürə bilərmi? Bir gecə şəhərə gəzintiyə çıx və bax hansı bina planetə dəstək olduğunu göstərmək üçün öz işıqlarını bir saatlıq söndürə bilər.

Green Baku 4

Ulduzları seyr elə

5.Kosmosu öyrənməyə çalış, üzünü qaranlığa tut, evinin yaxınlığında bir məkan seç və qaranlıq səmada bürcləri seçməyə çalış.

Green Baku 5

Şəkil çəkmək

6.Ya evdə şamla işıqlandırılmış və yaxud qaranlıqda ay işığı mənzərəsində olan şəkilini çək. Sonra isə sosial şəbəkələrdə #earthhouraze həştəqi ilə paylaş.

Green Baku 6

Problemi həll etmək

7.Atmosferə axıdılan zərərli qazların izlərinin azalmasının yolunu tapmaq üçün “Yer saatı” ən yaxşı günlərdən biridir. Otaqdan çıxarkən işığı 15 dəqiqəlik olsa da  söndürməklə qənaet etmiş oluruq. Ətraf mühitin qorunması üçün bunlar ən sadə yollardır.

7 Green Baku


Leave a Reply