Gəncə tam hazırdır

  • -
ganja

Gəncə tam hazırdır

Azərbaycanın gənclər paytaxtı elan olunan şəhəri bu il “Yer Saatı” kampaniyasında Gəncə Dövlət Universiteti təmsil edəcək. Gəncə koordinatorumuz Vasif Həsənovun verdiyi məlumata görə hazırlıq işləri tamamlanıb və aksiya günü Gəncə Dövlət Universitetinin əsas binasının işıqları bir saat müddətinə söndürüləcək.

Hər zaman Bakı şəhərinə rəqib sayılan Gəncənin bu il “Yer Saatı”nda necə iştirak edəcəyini paytaxda da böyük maraqla gözləyirik.

Uğurlar!


  • -
lahij

Lahıcda hazırlıqlar tamamlandı

Azərbaycanın ən əsrarəngiz məkanlarından biri olan Lahıc qəsəbəsi keçən il olduğu kimi bu il də “Yer Saatı” kampaniyasına qoşulur. İsmayıllı rayonunda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu unikal məkanın iştirakı bizim üçün çox önəmlidir.

Earth Hour Azerbaijan Lahıc koordinatoru Kamal Aliyevin verdiyi məlumata görə aksiyaya hazırlıq işləri tamamlanmaq üzrədir. 31mart tarixində Lahıc gənclərinin iştirakı ilə tarixi memarlıq qoruğunda yerləşən bir çox tarixi binaların işıqları söndürüləcək.

Böyük səbirsizliklə Lahıcdan olan görüntüləri gözləyirik.


  • -
gunay_malikqizi

Park Bulvar nə üçün bizimlədir?

Category : Blog

“Yer Saatı” aksiyasına biz də qoşulduq. Buna çox sadə səbəbimiz var. Ekoloji problemləri görmədikcə, insan oğlu ətraf mühitin çirklənməsinə biganə yanaşdıqca ətraf mühit və onun problemləri daha da böyüyür. Bəlkə də çoxları bu əhəmiyyətli problemə “Park Bulvarın girişinin işıqları niyə söndürülüb?” sualına cavab axtaranda diqqət yetirəcəklər. Əslində, bu əhəmiyyətli problemə diqqət yönəltmək üçün sadə həll yolu seçilib -İşıqları söndürmək – Biz işıqları söndürürük ki, insanların beynində ətraf mühitə, onun mühafizəsininin vacibliyinə istiqamətlənən fikirləri oyadaq. Gələcəkdə üzləşə biləcəyimiz problemlərin yolunu qaranlığa qərq etməliyik!

Ona görə də biz də bu çağırışa qoşuluruq!

Ekoloji problemlərə biganə deyilsənsə, Sən də BİZƏ QOŞUL və 31 Mart 2012-ci il tarixində saat 19:00-da Qız Qalası ətrafında ol!

Hörmətlə,

Günay Malikqızı
Park Bulvar AVM-in PR meneceri


  • -
eha2012

Earth Hour Azərbaycanın təqdimatı

İRƏLİ EHA!
EHA aksiyasının ilk təqdimatı “İRƏLİ” Gənclər Mərkəzində keçirilmişdir. Bu da təsadüfi deyildir. Belə ki, Earth Hour-nın Azərbaycanda rəsmi təşkilatçısı “İRƏLİ” İctimai Birliyidir. Yaşıllar Klubunun möhtəşəm layihələrindən biri olan EHA-nın təqdimatı gənclər arasında xeyli maraq doğurmuşdur. EHA komandası, “İRƏLİ”-nin yeni üzvlərini, həm dünyanın müxtəlif ölkələrində, həm də öz ölkəmizdə ilk dəfə keçirilən Yer Saatı haqqında tam və ətraflı məlumatlandırmağa nail oldu. Sonda, gənclər martın 31-də bir daha görüşmək arzusu ilə ayrıldılar.

Vaxtını dəyərləndir! Hər saatını qiymətləndir! 20:30 – 21:30-u bizimlə keçir!

EHA İRƏLİləyir
Yer Saatı yaxınlaşdıqca EHA daha geniş vüsət alır. Xüsusən gənclərin böyük canfəşanlıqla qoşulduğu bu layihə ölkəmizdə bir hərəkata çevrilmişdir. Azərbaycan Universitetində yüksək səviyyədə keçirilən təqdimat tələbə gənclərdə bu aksiyaya qarşı güclü maraq oyatmışdır. EHA-çılar böyük həvəslə öz həmyaşıdlarına aksiyanın mahiyyəti haqqında danışmış, respublikamızda artıq ikinci dəfə keçiriləcək bu layihəyə həsr olunmuş foto şəkillər nümayiş etdirmişdir.

1 saat 1 yerdə olmaq 1-ləşməkdir!