Məktəblər üçün ideyalar

  • 0
EH-mektebler

Məktəblər üçün ideyalar

Category : Blog

EH-mektebler

Məktəblərin “Yer Saatı” kampaniyasında iştirakı çox önəmlidir. Bu gənc nəslin bu məsələlərdə maariflənməsinə və yaxından iştirakına təkan verir və onların indidən planetimizin gələcəyi barədə nələr edə biləcəklərini təşviq edir.

Məktəblilər və müəllimlər çox maraqlı “Yer saatı” ideyalarını təqdim edirik:

  • Şagird və tələbələrə iqlim dəyişikliyini izah etmək və bu barədə müzakirə aparmaq üçün sessiya təşkil edin və iqlim dəyişikliyinə qarşı mübarizə aparmağın yollarını izah edin
  • Şagirdlərlə birgə ağac əkmə aksiyası təşkil edin
  • İqlim dəyişikliyi ilə bağlı açıq qapı seminarları təşkil edin
  • İqlim dəyişikliyi ilə mübarizədə individual şəkildə şagirdlərin öz üzərilərinə götürdüyü öhdəlikləri təqdim etmək üçün yarışma keçirin earthhour.org.au/schools/
  • Bioloji cəhətdən parçalanan bitki qablarının hazırlanmasını şagirdlərə öyrədən tədbir keçirin (youtube.com/watch?v=8uuuSnO4YD4&list=PLXYRyvAMUUY9Vd9J5ZW6D0L5qVMI5iLH6)
  • Kağız, metal və plastik tullantıları çesidləmək üçün ümumi məkanda qutular təşkil edin. Hər bir sinifdə belə qutuların yerləşdirilməsinə nail olun.
  • Yeməkxanadan qalan qida qalıqlarını toplayan və bioloji gübrə hazır edən kompost qutular təşkil edin
  • Qələmlərin toplanması və təkrar istifadə edilməsi üçün qutular təşkil edin (Məsələn: penguyart.com/the-pen-guy/)
  • Kağız tullantılarına yeni həyat verməklə əlfəcin və s. hazırlamağın yollarını öyrədən seminar keçirin (ideyalar üçün bu linkə nəzər yetirin natashalh.com/how-to-make-your-own-recycled-paper-without-a-mold- or-deckle/)

Unutma! Keçirmək istədiyin tədbir haqqında ideyalarını bizimlə və bütün dünya ilə bölüşərək daha çox insana motivasiya ola bilərsən.

Qeydiyyatdan keç!


Leave a Reply