“Yer saatı” kampaniyası Azərbaycanda 2011-ci ildən etibarən qeyd olunur. Hər il kampaniya ölkəmizdə minlərlə insanın iştirakı ilə baş tutur, bir çox hökumət və özəl təşkilatlar tərəfindən dəstəklənir.
“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər.
IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Yer saatı” beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA 10 illiyini qeyd edən “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.
IDEA İctimai Birliyi 25 mart 2017-ci il tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).
Qeydiyyatdan, həmçinin aşağıdakı link vasitəsilə də keçə bilərsiniz:
http://earthhour.az/take-action/