
(English) Earth Hour 2016 Azerbaijan has been announced
Category : Blog
“Yer saatı-2016” kampaniyası Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edir.
“Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır. Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.
GREEN BAKU Azərbaycanda bu layihəni 2012-ci ildən keçirməkdədir, “Yer saatı” kampaniyası çərçivəsində rəsmi tərəfdaşlarla ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmişdir. GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edir.