Yer saatı 2012 baş tutdu!

  • 0
1111

Yer saatı 2012 baş tutdu!

Category : Blog

Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı ənənəvi “Yer Saatı” kampaniyası bu il də Mart ayının son şənbə günü bütün dünya üzrə qeyd olundu. 147 ölkə, 5000-ə yaxın şəhərin iştirak etdiyi kampaniyada Azərbaycan da fəal şəkildə iştirak etdi.

Bu il Azərbaycanda “Yer Saatı” kampaniyası ölkənin 4 şəhərində, IDEA kampaniyasının dəstəyi ilə həyata keçirildi. Bakı şəhəri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Bakı şəhərinin simvolu olan Qız Qalası, eləcə də Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, ZQAN Holding Binası, Bridge Plaza, Azərbaycan Texniki Universiteti kimi tikililərin işıqları söndürüldu. Paytaxtla yanaşı Gəncə, Lənkəran və Lahıc şəhərlərində də kampaniyaya Gəncə Dövlət Univversiteti, Lənkəran şəhər körpüsü, Lahıc tarix-memarlıq qoruğu dəstək verdilər.

Ölkə üzrə ən böyük “Yer Saatı” aksiyası isə Qız Qalası ətrafında baş tutmuşdur. Tikilinin işıqlarının 1 saat müddətinə söndürüldüyü tədbirdə gənclər dünyanı planetin qorunması üçün həmrəyliyə səsləmişlər. Proses İnternet TV vasitəsilə canlı yayınlanmışdır. Aksiyaya gənclər təşkilatları və ölkəmizdə olan xarici vətəndaşların böyük marağı müşahidə olunmuşdur.

“Yer Saatı” Azərbaycan komandası paytaxda aksiyaya qatılan bütün 7 tikilinin foto və videogörüntülərini qeydə almış və hesabatları Sinqapurda yerləşən “Yer Saatının” mərkəzi qərargahına təqdim etmişlər.

Qeyd edək ki, aksiyanın foto və video hesabatları yaxın günlərdə Azərbaycanda kampaniyanın rəsmi sayt olan www.earthhour.az saytında paylaşılacaqdır.


Leave a Reply