Category Archives: Blog

  • -
ganja

Gəncə tam hazırdır

Azərbaycanın gənclər paytaxtı elan olunan şəhəri bu il “Yer Saatı” kampaniyasında Gəncə Dövlət Universiteti təmsil edəcək. Gəncə koordinatorumuz Vasif Həsənovun verdiyi məlumata görə hazırlıq işləri tamamlanıb və aksiya günü Gəncə Dövlət Universitetinin əsas binasının işıqları bir saat müddətinə söndürüləcək.

Hər zaman Bakı şəhərinə rəqib sayılan Gəncənin bu il “Yer Saatı”nda necə iştirak edəcəyini paytaxda da böyük maraqla gözləyirik.

Uğurlar!


  • -
lahij

Lahıcda hazırlıqlar tamamlandı

Azərbaycanın ən əsrarəngiz məkanlarından biri olan Lahıc qəsəbəsi keçən il olduğu kimi bu il də “Yer Saatı” kampaniyasına qoşulur. İsmayıllı rayonunda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu unikal məkanın iştirakı bizim üçün çox önəmlidir.

Earth Hour Azerbaijan Lahıc koordinatoru Kamal Aliyevin verdiyi məlumata görə aksiyaya hazırlıq işləri tamamlanmaq üzrədir. 31mart tarixində Lahıc gənclərinin iştirakı ilə tarixi memarlıq qoruğunda yerləşən bir çox tarixi binaların işıqları söndürüləcək.

Böyük səbirsizliklə Lahıcdan olan görüntüləri gözləyirik.


  • -
gunay_malikqizi

Park Bulvar nə üçün bizimlədir?

Category : Blog

“Yer Saatı” aksiyasına biz də qoşulduq. Buna çox sadə səbəbimiz var. Ekoloji problemləri görmədikcə, insan oğlu ətraf mühitin çirklənməsinə biganə yanaşdıqca ətraf mühit və onun problemləri daha da böyüyür. Bəlkə də çoxları bu əhəmiyyətli problemə “Park Bulvarın girişinin işıqları niyə söndürülüb?” sualına cavab axtaranda diqqət yetirəcəklər. Əslində, bu əhəmiyyətli problemə diqqət yönəltmək üçün sadə həll yolu seçilib -İşıqları söndürmək – Biz işıqları söndürürük ki, insanların beynində ətraf mühitə, onun mühafizəsininin vacibliyinə istiqamətlənən fikirləri oyadaq. Gələcəkdə üzləşə biləcəyimiz problemlərin yolunu qaranlığa qərq etməliyik!

Ona görə də biz də bu çağırışa qoşuluruq!

Ekoloji problemlərə biganə deyilsənsə, Sən də BİZƏ QOŞUL və 31 Mart 2012-ci il tarixində saat 19:00-da Qız Qalası ətrafında ol!

Hörmətlə,

Günay Malikqızı
Park Bulvar AVM-in PR meneceri


  • -
ideacampaign

IDEA kampaniyası “Yer Saatı” aksiyasını dəstəklədi

Category : Blog

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) kampaniyanın əsas fəaliyyət istiqamətlərindən biri iqlim dəyişikliyi problemi olduğu üçün, iqlim dəyişikliyi ilə mübarizə naminə keçirilən istənilən həm yerli, həm də xarici aksiyalara kampaniya hər zaman öz dəstəyini göstərməkdədir.

Bununla əlaqədar olaraq IDEA kampaniyası – Earth Hour Azərbaycanın əməkdaşlığı ilə Azərbaycanda bu il “Yer saatı” aksiyası nəinki Bakı şəhərində həmçinin Gəncə, Lənkəran və Lahıc da yerləşən yüksək elektrik enerjisi istehlak edən binalarda həyata keçiriləcək. Aksiya barədə barədə ətraflı məlumatı www.ideacampaign.org və www.earthhour.az  saytından əldə etmək mümkündür.

Məlumdur ki, qloballaşan dünyada iqtisadiyyatın və elmi-texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır.

Bu proseslərin təsiri nəticəsində planetimizdə iqlim dəyişikliyi kimi qlobal problem mövcuddur ki, bu da bir sıra digər ekoloji problemlərin yaranmasına səbəb olur.

Qeyd edək ki, Yer saatı Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2009-cu ildə başlanılan və diqqətin iqlim dəyişilkiyi, ətraf-mühitin qorunmasına yönəldiyi kampaniyadır.

Hər ilin mart ayının son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edərək simvolik olaraq elektrik enerjisindən istifadəni bir saat müddətində dayandırırlar. Həmçinin aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması “Yer Saatı” müddətində dayandırılır.

Xatırladaq ki, 2011-ci il 26 mart tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Bakı şəhərinin simvolu olan Qız qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olmuşdur.


  • -
Land of Fire

Gəncə də bizimlədir!

Category : Blog

Bu il ikinci dəfə Azərbaycanda Yer Saatı kampaniyası keçirilir. Birinci il 2 addım irəliləyərək Bakıdan Lahıca uzanan EHA, ikinci il daha 1 addım – Gəncəyə doğru irəlilədi. Bu isə təsadüfi deyildir. 2012-ci ildə məhz Gəncə gənclər şəhəri seçilmişdir. “Ramada Plaza”da işıqlarını söndürməklə Gəncə bizimlə olacaq. 2012-ci ildə EHA xəritəsini bir az da genişləndirək: Bakı, Lahıc, Gəncə, … Sən də bizə qoşul!


  • -
eha2012

Earth Hour Azərbaycanın təqdimatı

İRƏLİ EHA!
EHA aksiyasının ilk təqdimatı “İRƏLİ” Gənclər Mərkəzində keçirilmişdir. Bu da təsadüfi deyildir. Belə ki, Earth Hour-nın Azərbaycanda rəsmi təşkilatçısı “İRƏLİ” İctimai Birliyidir. Yaşıllar Klubunun möhtəşəm layihələrindən biri olan EHA-nın təqdimatı gənclər arasında xeyli maraq doğurmuşdur. EHA komandası, “İRƏLİ”-nin yeni üzvlərini, həm dünyanın müxtəlif ölkələrində, həm də öz ölkəmizdə ilk dəfə keçirilən Yer Saatı haqqında tam və ətraflı məlumatlandırmağa nail oldu. Sonda, gənclər martın 31-də bir daha görüşmək arzusu ilə ayrıldılar.

Vaxtını dəyərləndir! Hər saatını qiymətləndir! 20:30 – 21:30-u bizimlə keçir!

EHA İRƏLİləyir
Yer Saatı yaxınlaşdıqca EHA daha geniş vüsət alır. Xüsusən gənclərin böyük canfəşanlıqla qoşulduğu bu layihə ölkəmizdə bir hərəkata çevrilmişdir. Azərbaycan Universitetində yüksək səviyyədə keçirilən təqdimat tələbə gənclərdə bu aksiyaya qarşı güclü maraq oyatmışdır. EHA-çılar böyük həvəslə öz həmyaşıdlarına aksiyanın mahiyyəti haqqında danışmış, respublikamızda artıq ikinci dəfə keçiriləcək bu layihəyə həsr olunmuş foto şəkillər nümayiş etdirmişdir.

1 saat 1 yerdə olmaq 1-ləşməkdir!


  • -
EHA Team

Earth Hour Azərbaycan komandasının qeyri-formal görüşü

Category : Blog

Mart ayının 7-si Earth Hour Azərbaycan komandasının qeyri-formal görüşü keçirildi. Görüşdə komanda üzvləri qarşıdan gələn planları və görüləcək işləri müzakirə etmiş, ideyalar ətrafında fikir mübadiləsi aparmışlar.
Qeyd edək ki, Earth Hour 135 ölkənin və 15000 şəhərin qoşulduğu, ətraf mühitin qorumasına yönəlmiş dünyəvi ekoloji aksiyadır.

Azərbaycanda bu kampaniya “İRƏLİ” İctmai Birliyi tərəfindən keçirilir.


  • -
ehateam

Martın 26-da Bakının simvolunun işıqları söndürüləcək

Category : Blog

Bu il Azərbaycan ilk dəfə olaraq qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq “Earth Hour” aksiyasına qoşulacaq. “İRƏLİ” İctimai Birliyi ölkə daxilində kampaniya təşkilatçılığı hüququnu əldə edib.

“Read More”


  • -
staff-foto

Daha bir xoş xəbər! EHA 2011

Category : Blog

Daha bir xoş xəbər! Earth Hour Azerbaijan kollektivinin İçərişəhər dövlət qoruq idarəsi ilə apardığı danışıqlar müsbət nəticə verdi və planlaşdirdiğimiz kimi, biz mart ayının 26-sı saat 20:30-da

“Read More”


  • -
lahic

Lahıc da bizimlədir!

Category : Blog

Daha bir xoş xəbəri Sizlərlə bölüşmək istərdik. Azərbaycanın ən gözəl və əsrarəngiz güşələrindən biri olan Lahıc da Earth Hour kampaniyasında iştirak edəcək.

“Read More”