Category Archives: Blog

  • 0
maxresdefault

IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu almışdır

Category : Blog

Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu vermişdir.

“Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir.

“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər.

Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır.

Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.

Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində, IDEA İctimai Birliyi “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə etmişdir.

IDEA İctimai Birliyi, 2015-ci ilin 28 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).


  • 0
j

Category : Blog


  • 0
BAhbB1sHOgZmSSIZMTE5MDcxLzEzNjM5NDMwMzVAQVIGOgZFRlsIOgZwOgp0aHVtYkkiDTMyNngyMTAjBjsGRg

IDEA Yer kürəsi üçün bir saatlıq işıqları söndürəcək

Category : Blog

Son dövrlərdə dünyada iqtisadiyyatın inkişafı, demoqrafik artım və s. kimi proseslər nəticəsində təbiətə olan texnogen təsirlərin miqyası genişlənir.

Gün.Az xəbər verir ki, bəşəriyyətin enerjiyə olan tələbatı artdıqca ətraf mühitə atılan istixana effekti yaradan karbon tullantılarının miqdarı da çoxalır.

Atmosferdə qaz balansının dəyişməsi isə bir çox ekoloji problemlərin yaranmasına, o cümlədən qlobal istiləşmə, iqlim dəyişkənliyi kimi fəsadların meydana gəlməsinə şərait yaradır.

Bu problemlərlə mübarizədə hər il mart ayının sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən “Yer saatı” (Earth Hour) aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırırlar.

“Yer saatı” aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA kampaniyası və Earth Hour Azerbaijan cari ildə də Bakı şəhərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirəcəkdir.

Bu il 23 mart tarixində yerli vaxtla saat 20:30-da Bakı şəhərinin simvolu olan Qız qalasının qarşısında start götürəcək aksiya çərçivəsində Alov Qüllələri (Flame Towers), Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasad işıqlandırılması bir saat müddətində dayandırılacaqdır.

Xatırladaq ki, “Yer saatı” aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilmiş və təxminən 2.2 milyon insanı əhatə etmişdir. Hazırda “Earth Hour” şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirak edən şəhərlərin sayı isə 6900-dən çoxdur.

Ötən ildən “Yer saatı” aksiyasına qoşulan IDEA kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.

Gün.Az


  • -
anime_3

Yer saatı 2013

Category : Blog

2007-ci il Avstraliya, Sidney – 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxmaqla bir saatlıq işıqları söndürür və ekologiya tarixində yeni imza atır. Bir il sonra – Earth Hour (Yer Saatı) 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilir. 2009-cu ilin mart ayında 100 milyonlarla insan üçüncü Earth Hour-da iştirak edir. 2010-cu ilin mart ayının 27-si Earth Hour 128 ölkədə rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük kampaniyasına çevrilir.

2011-ci il martın 26-sı – Azərbaycan da, əsasən də Bakı, İsmayıllı və Sabirabad “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə bu dünyəvi aksiyaya qoşulur. 2012-ci il martın 31 IDEA kampaniyası ilə birgə ölkə üzrə ən böyük “Yer Saatı” keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu,
Bakı şəhərinin simvolu olan Qız Qalası, Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, Bridge Plaza, ZQAN Holdinq, Azərbaycan Texniki Universiteti kimi tikililəri, paytaxtla yanaşı Gəncə, Lənkəran, Lahıc şəhərləri işıqlarını bir saatlıq söndürür.

2013-ci ilin mart ayının 23-ü Azərbaycan yenidən Earth Hour aksiyasında iştirak edəcək! Bununla biz bir daha sübüt edecəyik ki, ümumbəşəri proseslərə və problemlərə laqeyd deyilik. Bu Earth Hour fərqliliyimizi və eyni anda dünya ilə birliyimizi yenidən göstərəcək!


  • -
ganjaeha

Gəncə Dövlət Universitetinin işıqları söndürüldü

Category : Blog

Azərbaycanda 2012-ci il Yer saatı aksiyasına qoşulan dördüncü şəhər Gəncə şəhəridir.

Xatırladaq ki, Gəncə Dövlət Universitetinin işıqları 31 mart tarixində saat 20.30-da 1 saatlıq söndürülmüşdür. Aksiyada 70-ə yaxın gənc iştirak etmişdir. Bununla yanaşı aksiya şəhər sakinlərinin böyük marağına səbəb olmuşdur. Keçirilən Yer saatı kampaniyasının sayəsində sakinlər iqlim dəyişiklikləri, Yer kürəsinin məhdud resursları, o cümlədən ətraf-mühitin qorunması barədə məlumatlandırılmışlar.


  • -
lahijeha

Lahıc bizə qoşuldu

Category : Blog

Yer saatı kampaniyasına bu il Lahıc şəhərinin sakinləri də qoşulmuşlar.

Mart ayının 31-ində Lahıc tarix-memarlıq qoruğunun işıqları bir saatlıq keçirilmiş və bununla şəhər sakinləri Yer kürəsinin enerji ehtiyatlarının məhdudiyyətli olmasına diqqətləri yönəltmişlər. Aksiyada 50-yə yaxın gənc sakin iştirak etmişdir.

İşıqların söndürüldüyü 1 saat müddətində aksiya iştirakçıları tərəfindən Earth Hour kampaniyasının rəsmi loqosu şamlarla yerdə təsvir olunmuşdur.


  • -
lankaraneha

Yer saatı 2012 ilk dəfə Lənkəranda

Category : Blog

Earth Hour kampaniyası bu il Bakı şəhərindən başqa Lənkəranda, Lahıcda və Gəncədə keçirilmişdir.
Mart ayının son şənbə günü saat 20.30-da 40-50 nəfər şəhər sakini tərəfindən şəhərin Lənkəran körpüsünün işıqları 1 saatlıq öndürülməklə Yer saatı aksiyası keçirilmişdir.İşıqların söndürüldüyü 1 saatlıq müddətdə gənclər şam yandırmış və bolluca əylənmişlər. Qeyd edək ki, Lənkəran şəhəri bu il Yer saatı kampaniyasında ilk dəfə idi ki, iştirak edirdi. Lakin,buna baxmayaraq aksiya böyük uğurla həyata keçirilmiş və şəhərdə marağa səbəb olmuşdur.
Aksiyanın gedişatı şəkil və videolara əks olunmuşdur.


  • 0
1111

Yer saatı 2012 baş tutdu!

Category : Blog

Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı ənənəvi “Yer Saatı” kampaniyası bu il də Mart ayının son şənbə günü bütün dünya üzrə qeyd olundu. 147 ölkə, 5000-ə yaxın şəhərin iştirak etdiyi kampaniyada Azərbaycan da fəal şəkildə iştirak etdi.

Bu il Azərbaycanda “Yer Saatı” kampaniyası ölkənin 4 şəhərində, IDEA kampaniyasının dəstəyi ilə həyata keçirildi. Bakı şəhəri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Bakı şəhərinin simvolu olan Qız Qalası, eləcə də Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, ZQAN Holding Binası, Bridge Plaza, Azərbaycan Texniki Universiteti kimi tikililərin işıqları söndürüldu. Paytaxtla yanaşı Gəncə, Lənkəran və Lahıc şəhərlərində də kampaniyaya Gəncə Dövlət Univversiteti, Lənkəran şəhər körpüsü, Lahıc tarix-memarlıq qoruğu dəstək verdilər.

Ölkə üzrə ən böyük “Yer Saatı” aksiyası isə Qız Qalası ətrafında baş tutmuşdur. Tikilinin işıqlarının 1 saat müddətinə söndürüldüyü tədbirdə gənclər dünyanı planetin qorunması üçün həmrəyliyə səsləmişlər. Proses İnternet TV vasitəsilə canlı yayınlanmışdır. Aksiyaya gənclər təşkilatları və ölkəmizdə olan xarici vətəndaşların böyük marağı müşahidə olunmuşdur.

“Yer Saatı” Azərbaycan komandası paytaxda aksiyaya qatılan bütün 7 tikilinin foto və videogörüntülərini qeydə almış və hesabatları Sinqapurda yerləşən “Yer Saatının” mərkəzi qərargahına təqdim etmişlər.

Qeyd edək ki, aksiyanın foto və video hesabatları yaxın günlərdə Azərbaycanda kampaniyanın rəsmi sayt olan www.earthhour.az saytında paylaşılacaqdır.


  • 0
Qiz_Qalasi___Maiden_Tower_by_daglaroglu

Binaların siyahısı

Category : Blog

Burada “Yer Saatı” 2012-də iştirak edəcək bina və məntəqələrin siyahısı təqdim olunur:

  1. Qız Qalası
  2. Şirvanşahlar Sarayı
  3. Park Bulvar
  4. Hilton Baku
  5. ZQAN Holdinq binası
  6. Bridge Plaza
  7. Azərbaycan Texniki Universiteti
  8. Gəncə Dövlət Universiteti
  9. Lənkəran şəhər körpüsü
  10. Lahıc tarix-memarlıq qoruğu

“Yer Saatı” Azərbaycanın ən böyük və rəsmi tədbiri isə 31 Mart saat 19:30-da Qız Qalası qarşısında başlayacaq.

Daha ətraflı məlumat üçün Facebook event səhifəsinə keçə bilərsiniz: http://www.facebook.com/events/300436090029245/


  • -
lankaran

Lənkəranın ilk addımı

Category : Blog

Gəlin cənuba hərəkət edək! Lənkəran şəhəri həm də Azərbaycanın cənub qapısı adlandırılır. İranla sərhəd olan bu şəhər ölkənin Xəzər sahilində yerləşən 3-cü ən böyük şəhəridir.

Bu il Lənkəran ilk dəfə olaraq “Yer Saatı” kampaniyasına qoşulacaq. Yerli Gənclər və İdman İdarəsinin dəstəyi ilə komanda işə başlayacaq! Sabah!

Lənkəran koordinatorumuz Samir Salayevin verdiyi məlumata görə onlar şəhərdə ən parlaq körpünün işıqlrını söndürəcəklər.

Gəlin yeni dostlarımıza müvəffəqiyyətlər arzulayaq.