Category Archives: Blog

  • 0
earth_2017_8

Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib

Category : Blog

Martın 25-də Bakıda “Yer saatı 2017” (Earth Hour 2017) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. Tədbir bu il on illiyini qeyd edən “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı ilə baş tutub.

 

Aksiya iştirakçıları dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin qarşısında toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasadlarının işıqlarını bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. İştirakçılar rəmzi gerisayımda kampaniyanın rəmzi olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.

 

“İqlim hərəkatına işıq saçın” (Shine a light on climate action) şüarı altında keçirilən “Yer saatı” kampaniyası çərçivəsində məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun qeyri-adi rəqsləri, zumba üzrə əyləncəli master-klasslar, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin marağına səbəb olub.

 

“Yer saatı” dünyada ətraf mühitə həsr edilən ən böyük hərəkat olaraq milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların söndürülməsi aksiyası kimi başlanan “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7 min şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilib. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasadlarının işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür. Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, enerjiyə qənaəti təşviq edirlər.

 

Beynəlxalq “Yer saatı 2017” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi qismində çıxış edən IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğuna görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Bakı Olimpiya Stadionuna, “Baku Crystall Hall”a, Milli Gimnastika Arenasına, Qəbələ “ASAN xidmət” mərkəzinə, ADA Universitetinə, “Alov qüllələri” kompleksinə, “Dalğa Plaza”ya, “Gilan Holding”ə və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə minnətdarlığını bildirir.

 

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.


  • 0
kvadrat esas

IDEA növbəti dəfə “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

Category : Blog

IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Yer saatı” beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA 10 illiyini qeyd edən “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.

“Yes saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7000 şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilmişdir.

“İqlim hərəkatına işıq saçın” şuarı altında keçirilən “Yer saatı” kampaniyası ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarmışdır.

Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

IDEA İctimai Birliyi 25 mart 2017-ci il tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).


  • 0

Restoranlar üçün ideyalar

Category : Blog

EH-rest1

Hər il “Yer saatı” kampaniyası çərçivəsində dünyanın bir çox məhşur restoranları müxtəlif tədbirlər təşkil edərək planetimizə olan qayğı və diqqətləri nümayiş edirlər. Əgər sizin restoranınız Yer Saatına dəstək üçün nəsə etmək və iqlim dəyişkənliyinə qarşı mübarizəyə qoşulmaq istəyirsə, burada sizin üçün maraqlı ideyaları təqdim edirik. Sizin köməyinizlə biz planetimizə daha çox kömək edə bilərik!

– Qeyri-zəruri işiqları şənbə günü 25 mart saat 20:30-21:30 aralığında söndürün. Məkanınızda minimal işıqlandırmadan istifadə edin (bu həm də sizin təhlükəsizliyiniz üçün səmərəli üsuldur) və daxili sönməyən işıqları zəiflətməyə çalışın.

– Şam işıqlarında məftunedici  “Yer Saatı –Şam yeməyi”  təşkil edin. Bunun üçün qonaqlara ekoloji məhsullardan ibarət xüsusi menyu da təklif edə bilərsiniz.

– Qonaqları “Yer Saatı –Şam yeməyi”  gecəsinə dəvət etmək üçün qapınıza və ya pəncərənizə nişanlar vurun. Həmçinin masaların üzərinə, foyedə və vanna otaqlarında Yer Saatı üçün xatırladıcı nişanlar qoya bilərsiniz.

-Yer Saatının “Xoşbəxt Saat” olmasına nə deyirsiniz? J Müştərilərinizə 20:30-21:30 vaxt intervalında endirimli və ya yarı qiymətinə içkilər təklif edin. Əminik ki, bu müştərilərinizin çox xoşuna gələcək!

– Yer Saatına qoşulacağınız halda vebsaytınızda və sosial media səhifələrinizdə  məlumat yerləşdirin və paylaşımlarınızı #earthhouraze həştəqi ilə yerləşdirin.

– Müştərilərinizi əyləndirmək üçün akustik musiqi ifa edən yerli qrup və müğənniləri dəvət edin.

Qeydiyyatdan keçin! 


  • 0
Earth Hour Azerbaijan 2016

“Yer Saatı-2016” ekoloji kampaniyası keçirildi

Category : Blog

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Green Baku ekoloji gənclər birliyinin təşkilatçılığı ilə 19 mart 2016-cı il tarixində “Yer Saatı-2016” ekoloji kampaniyası keçirilmişdir. Bu il kampaniyaya Bakı şəhəri ilə yanaşı Lənkəran və Quba şəhərləri də qoşulmuşdur.

Bəşəriyyət tarixində ən kütləvi ekoloji ictimai aksiya olan “Yer Saatı-2016” tədbirinə 178 ölkədən 7000-dən çox şəhər qoşulmuşdur. Bu il martın 19-na təsadüf edən tədbirdə dünyanın 350-dən çox məhşur binası fasad və həyat üçün zəruri olmayan işıqları bir saat müddətində söndürməklə kampaniyaya dəstək vermişdilər.

Bakı şəhəri üzrə Bakı şəhər İcra Hakimiyyəti, Hökümət Evi, Qız qalası, Şirvanşahlar sarayı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), BMT-in Bakıdakı binası, Azercell, ASAN Xidmət, Hilton, İnturist və Bakı Bulvar hotellərinin binaları bir saatlıq elektrik enerjisinə qənaət edərək iqlim dəyişikliyi mücadiləsinə qoşulmuşdurlar.

Bununla yanaşı ilk dəfə olaraq şəhərimizin bir sıra restoranları “Yer Saatı” tədbirini məkanlarında enerjiyə qənaət edərək xüsusi sağlam qida məhsulları və akustik musiqi proqramı ilə qeyd etmişdilər.

Tədbir iştirakçıları 19 mart 2016-cı il tarixində saat 20:30-21:30-da AMEA binasının qarşısında kampaniyanın rəmzi olan “60+” yazısını şamlarla işıqlandırmışdılar. Eyni zmanada öncədən elan olunmuş “Ən kreativ şam” müsabiqəsinin qalibləri sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır.

Bu ilki tədbirə Let’s do it Azerbaijan, “BİR” könüllü proqramı və Azərbaycan Skautlar birliyinin könüllüləri də qoşulmuşdular.

Qeyd edək ki, “Yer saatı” kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.


  • 0
Без имени-1

“Yer Saatı-2016” – “İqlim dəyişikliyinə Bir İşıq Saç!”

Category : Blog

“Yer saatı – 2016” kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Bu ilki tədbir 19 mart saat 20:30-da Bakı şəhərində “İqlim dəyişikliyinə Bir İşıq Saç!” şüarı altında qeyd ediləcəkdir.
Qeyd edək ki, “Yer saatı” kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.
Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.
WWF-in Azərbaycan nümayəndəliyi  və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində “Yer saatı” kampaniyası çərçivəsində maraqlı tədbirlər və müsabiqə keçirəcəkdir. Eyni zamanda şəhərimizin ən məhşur binaları fasad işıqlarını bir saat müddətində söndürərək bu kampaniyaya dəstək verəcəklər. Kampaniyada iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edirik.
Bundan əlavə, facebook sosial şəbəkəsinin istifadəçiləri http://www.changeclimatechange.org vebsaytından öz profil şəkillərini dəyişərək və Yer Saatı haqqında məlumatları öz səhifələrində bölüşərək kampaniyaya dəstək verə və “Yer saatı-2016” tədbirin detalları ilə facebook səhifəsində və vebsaytdan tanış ola bilərsiniz.

www.earthhour.az


  • 0
Green Baku Samir

Təşkilatlar üçün ideyalar

Category : Blog

Green Baku Samir

Siz də kollektivinizlə birgə “Yer saatı” kampaniyasına qoşula və planetimizin qorunmasına dəstək ola bilərsiniz.

Burda sizə maraqlı ideyalar təklif edirik:

– Təbii və yerli qidalarla və təkrar istifadə edilə bilən qablardan istifadə etməklə qaranlıq saatlarında piknik keçirə bilərsiniz (Daha ətraflı məlumat www.wwf.eu/what_we_do/natural_resources/consumption/)
– Geniş ağac əkmə aksiyası keçirmək
– İctimai yerdə fləşmob və ya teatr səhnəsi təşkil etmək
– Təkrar istifadəyə yararlı çanta və konteynerlər haqqında daxili şəbəkənizdə məlumat yaymaq
– İş yoldaşlarınızla birgə kütləvi yoqa sessiyası təşkil etmək (Miranda Kerr kimi: www.youtube.com/watch?v=1uRVYedTVtI)
– Gecə velosiped turu təşkil etmək və ya iştirak etmək
– İqlim dəyişikliyi ilə bağlı sənədli filmləri nümayiş etdirməklə məsələnin ciddiliyini və aktuallığını insanlara çatdırmaq
– Yaşıl məkanda konsert təşkil etmək. Təkrar emal edilmiş materiallardan musiqi aləti kimi istifadə etmək olar. Bu linkdə ideyalarla tanış ola bilərsiniz: www.landfillharmonicmovie.com/

Kollektiv şəkildə tədbirlərin keçirilməsinə gəldikdə Yer Saatının qeyd edilməsi üçün ideyalar sonsuzdur. Əgər yerli tədbir həyata keçirilməsi nəzərdə tutulursa, o zaman WWF- in Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlayın (www.panda.org/azerbaijan). WWF-in yerli ofisləri “Yer Saatı”nı qeyd edən əsas yerli təşkilatlardır və tədbir keçirilməsində sizə yardım edə biləcək resurslara sahibdir.

Birgə gücümüzlə biz iqlim dəyişikliyinə qalib gələ bilərik!

Unutma! Keçirmək istədiyiniz tədbir haqqında ideyalarınızı bizimlə və bütün dünya ilə bölüşmərək daha çox insana motivasiya ola biləriniz

Qeydiyyatdan keçin!


  • 0
EH-mektebler

Məktəblər üçün ideyalar

Category : Blog

EH-mektebler

Məktəblərin “Yer Saatı” kampaniyasında iştirakı çox önəmlidir. Bu gənc nəslin bu məsələlərdə maariflənməsinə və yaxından iştirakına təkan verir və onların indidən planetimizin gələcəyi barədə nələr edə biləcəklərini təşviq edir.

“Read More”

  • 0
3-20150331164111

Fərdlər üçün  ideyalar

Category : Blog

3-20150331164111

Hazırda nə düşündüyünüzü bilirik –  “Mən təkəm, öz gücümü necə sərf edə bilərəm?”

Əslində saysız maraqlı üsullarla! Aşağıda sizi ilhamlandıracaq bir sıra ideyaları təqdim edirik:

“Read More”

  • 0
Green Baku

Yer Saatı-2016:  qaranlıqda edə biləcəyimiz 7 addım….

Tags :

Category : Blog

“Yer Saatı” üçün işıqları söndürmək planet qarşısında öhdənə düşəni yerinə yetirmək deməkdir. Həm də evdə əylənməyə başlamaq deməkdir.

Bilirsinizmi ki, evdə ən sadə hərəkətlər belə planetə kömək edə bilərsiniz?

“Read More”

  • 0
Green Baku

(English) Earth Hour 2016 Azerbaijan has been announced

Category : Blog

Green Baku

“Yer saatı-2016” kampaniyası Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və  GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Dünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi  və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edir.

“Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır. Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.

GREEN BAKU Azərbaycanda bu layihəni 2012-ci ildən keçirməkdədir, “Yer saatı” kampaniyası çərçivəsində rəsmi tərəfdaşlarla ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmişdir. GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edir.