
Yer saatı 2013
Category : Blog
2007-ci il Avstraliya, Sidney – 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxmaqla bir saatlıq işıqları söndürür və ekologiya tarixində yeni imza atır. Bir il sonra – Earth Hour (Yer Saatı) 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilir. 2009-cu ilin mart ayında 100 milyonlarla insan üçüncü Earth Hour-da iştirak edir. 2010-cu ilin mart ayının 27-si Earth Hour 128 ölkədə rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük kampaniyasına çevrilir.
2011-ci il martın 26-sı – Azərbaycan da, əsasən də Bakı, İsmayıllı və Sabirabad “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə bu dünyəvi aksiyaya qoşulur. 2012-ci il martın 31 IDEA kampaniyası ilə birgə ölkə üzrə ən böyük “Yer Saatı” keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu,
Bakı şəhərinin simvolu olan Qız Qalası, Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, Bridge Plaza, ZQAN Holdinq, Azərbaycan Texniki Universiteti kimi tikililəri, paytaxtla yanaşı Gəncə, Lənkəran, Lahıc şəhərləri işıqlarını bir saatlıq söndürür.
2013-ci ilin mart ayının 23-ü Azərbaycan yenidən Earth Hour aksiyasında iştirak edəcək! Bununla biz bir daha sübüt edecəyik ki, ümumbəşəri proseslərə və problemlərə laqeyd deyilik. Bu Earth Hour fərqliliyimizi və eyni anda dünya ilə birliyimizi yenidən göstərəcək!