Author Archives: eartaz

  • 0
1111

Yer saatı 2012 baş tutdu!

Category : Blog

Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı ənənəvi “Yer Saatı” kampaniyası bu il də Mart ayının son şənbə günü bütün dünya üzrə qeyd olundu. 147 ölkə, 5000-ə yaxın şəhərin iştirak etdiyi kampaniyada Azərbaycan da fəal şəkildə iştirak etdi.

Bu il Azərbaycanda “Yer Saatı” kampaniyası ölkənin 4 şəhərində, IDEA kampaniyasının dəstəyi ilə həyata keçirildi. Bakı şəhəri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Bakı şəhərinin simvolu olan Qız Qalası, eləcə də Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, ZQAN Holding Binası, Bridge Plaza, Azərbaycan Texniki Universiteti kimi tikililərin işıqları söndürüldu. Paytaxtla yanaşı Gəncə, Lənkəran və Lahıc şəhərlərində də kampaniyaya Gəncə Dövlət Univversiteti, Lənkəran şəhər körpüsü, Lahıc tarix-memarlıq qoruğu dəstək verdilər.

Ölkə üzrə ən böyük “Yer Saatı” aksiyası isə Qız Qalası ətrafında baş tutmuşdur. Tikilinin işıqlarının 1 saat müddətinə söndürüldüyü tədbirdə gənclər dünyanı planetin qorunması üçün həmrəyliyə səsləmişlər. Proses İnternet TV vasitəsilə canlı yayınlanmışdır. Aksiyaya gənclər təşkilatları və ölkəmizdə olan xarici vətəndaşların böyük marağı müşahidə olunmuşdur.

“Yer Saatı” Azərbaycan komandası paytaxda aksiyaya qatılan bütün 7 tikilinin foto və videogörüntülərini qeydə almış və hesabatları Sinqapurda yerləşən “Yer Saatının” mərkəzi qərargahına təqdim etmişlər.

Qeyd edək ki, aksiyanın foto və video hesabatları yaxın günlərdə Azərbaycanda kampaniyanın rəsmi sayt olan www.earthhour.az saytında paylaşılacaqdır.


  • 0
Qiz_Qalasi___Maiden_Tower_by_daglaroglu

Binaların siyahısı

Category : Blog

Burada “Yer Saatı” 2012-də iştirak edəcək bina və məntəqələrin siyahısı təqdim olunur:

  1. Qız Qalası
  2. Şirvanşahlar Sarayı
  3. Park Bulvar
  4. Hilton Baku
  5. ZQAN Holdinq binası
  6. Bridge Plaza
  7. Azərbaycan Texniki Universiteti
  8. Gəncə Dövlət Universiteti
  9. Lənkəran şəhər körpüsü
  10. Lahıc tarix-memarlıq qoruğu

“Yer Saatı” Azərbaycanın ən böyük və rəsmi tədbiri isə 31 Mart saat 19:30-da Qız Qalası qarşısında başlayacaq.

Daha ətraflı məlumat üçün Facebook event səhifəsinə keçə bilərsiniz: http://www.facebook.com/events/300436090029245/


  • -
amator

  • -
lankaran

Lənkəranın ilk addımı

Category : Blog

Gəlin cənuba hərəkət edək! Lənkəran şəhəri həm də Azərbaycanın cənub qapısı adlandırılır. İranla sərhəd olan bu şəhər ölkənin Xəzər sahilində yerləşən 3-cü ən böyük şəhəridir.

Bu il Lənkəran ilk dəfə olaraq “Yer Saatı” kampaniyasına qoşulacaq. Yerli Gənclər və İdman İdarəsinin dəstəyi ilə komanda işə başlayacaq! Sabah!

Lənkəran koordinatorumuz Samir Salayevin verdiyi məlumata görə onlar şəhərdə ən parlaq körpünün işıqlrını söndürəcəklər.

Gəlin yeni dostlarımıza müvəffəqiyyətlər arzulayaq.


  • -
ganja

Gəncə tam hazırdır

Azərbaycanın gənclər paytaxtı elan olunan şəhəri bu il “Yer Saatı” kampaniyasında Gəncə Dövlət Universiteti təmsil edəcək. Gəncə koordinatorumuz Vasif Həsənovun verdiyi məlumata görə hazırlıq işləri tamamlanıb və aksiya günü Gəncə Dövlət Universitetinin əsas binasının işıqları bir saat müddətinə söndürüləcək.

Hər zaman Bakı şəhərinə rəqib sayılan Gəncənin bu il “Yer Saatı”nda necə iştirak edəcəyini paytaxda da böyük maraqla gözləyirik.

Uğurlar!


  • -
lahij

Lahıcda hazırlıqlar tamamlandı

Azərbaycanın ən əsrarəngiz məkanlarından biri olan Lahıc qəsəbəsi keçən il olduğu kimi bu il də “Yer Saatı” kampaniyasına qoşulur. İsmayıllı rayonunda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən bu unikal məkanın iştirakı bizim üçün çox önəmlidir.

Earth Hour Azerbaijan Lahıc koordinatoru Kamal Aliyevin verdiyi məlumata görə aksiyaya hazırlıq işləri tamamlanmaq üzrədir. 31mart tarixində Lahıc gənclərinin iştirakı ilə tarixi memarlıq qoruğunda yerləşən bir çox tarixi binaların işıqları söndürüləcək.

Böyük səbirsizliklə Lahıcdan olan görüntüləri gözləyirik.


  • -
gunay_malikqizi

Park Bulvar nə üçün bizimlədir?

Category : Blog

“Yer Saatı” aksiyasına biz də qoşulduq. Buna çox sadə səbəbimiz var. Ekoloji problemləri görmədikcə, insan oğlu ətraf mühitin çirklənməsinə biganə yanaşdıqca ətraf mühit və onun problemləri daha da böyüyür. Bəlkə də çoxları bu əhəmiyyətli problemə “Park Bulvarın girişinin işıqları niyə söndürülüb?” sualına cavab axtaranda diqqət yetirəcəklər. Əslində, bu əhəmiyyətli problemə diqqət yönəltmək üçün sadə həll yolu seçilib -İşıqları söndürmək – Biz işıqları söndürürük ki, insanların beynində ətraf mühitə, onun mühafizəsininin vacibliyinə istiqamətlənən fikirləri oyadaq. Gələcəkdə üzləşə biləcəyimiz problemlərin yolunu qaranlığa qərq etməliyik!

Ona görə də biz də bu çağırışa qoşuluruq!

Ekoloji problemlərə biganə deyilsənsə, Sən də BİZƏ QOŞUL və 31 Mart 2012-ci il tarixində saat 19:00-da Qız Qalası ətrafında ol!

Hörmətlə,

Günay Malikqızı
Park Bulvar AVM-in PR meneceri


  • -
33

Earth Hour Azerbaijan 2011

Category : Foto Qalereya

[nggallery id=1].


  • -
ideacampaign

IDEA kampaniyası “Yer Saatı” aksiyasını dəstəklədi

Category : Blog

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (International Dialogue for Environmental Action) kampaniyanın əsas fəaliyyət istiqamətlərindən biri iqlim dəyişikliyi problemi olduğu üçün, iqlim dəyişikliyi ilə mübarizə naminə keçirilən istənilən həm yerli, həm də xarici aksiyalara kampaniya hər zaman öz dəstəyini göstərməkdədir.

Bununla əlaqədar olaraq IDEA kampaniyası – Earth Hour Azərbaycanın əməkdaşlığı ilə Azərbaycanda bu il “Yer saatı” aksiyası nəinki Bakı şəhərində həmçinin Gəncə, Lənkəran və Lahıc da yerləşən yüksək elektrik enerjisi istehlak edən binalarda həyata keçiriləcək. Aksiya barədə barədə ətraflı məlumatı www.ideacampaign.org və www.earthhour.az  saytından əldə etmək mümkündür.

Məlumdur ki, qloballaşan dünyada iqtisadiyyatın və elmi-texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır.

Bu proseslərin təsiri nəticəsində planetimizdə iqlim dəyişikliyi kimi qlobal problem mövcuddur ki, bu da bir sıra digər ekoloji problemlərin yaranmasına səbəb olur.

Qeyd edək ki, Yer saatı Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2009-cu ildə başlanılan və diqqətin iqlim dəyişilkiyi, ətraf-mühitin qorunmasına yönəldiyi kampaniyadır.

Hər ilin mart ayının son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edərək simvolik olaraq elektrik enerjisindən istifadəni bir saat müddətində dayandırırlar. Həmçinin aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması “Yer Saatı” müddətində dayandırılır.

Xatırladaq ki, 2011-ci il 26 mart tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Bakı şəhərinin simvolu olan Qız qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olmuşdur.


  • -
Land of Fire

Gəncə də bizimlədir!

Category : Blog

Bu il ikinci dəfə Azərbaycanda Yer Saatı kampaniyası keçirilir. Birinci il 2 addım irəliləyərək Bakıdan Lahıca uzanan EHA, ikinci il daha 1 addım – Gəncəyə doğru irəlilədi. Bu isə təsadüfi deyildir. 2012-ci ildə məhz Gəncə gənclər şəhəri seçilmişdir. “Ramada Plaza”da işıqlarını söndürməklə Gəncə bizimlə olacaq. 2012-ci ildə EHA xəritəsini bir az da genişləndirək: Bakı, Lahıc, Gəncə, … Sən də bizə qoşul!