
Category : Blog
Son dövrlərdə dünyada iqtisadiyyatın inkişafı, demoqrafik artım və s. kimi proseslər nəticəsində təbiətə olan texnogen təsirlərin miqyası genişlənir.
Gün.Az xəbər verir ki, bəşəriyyətin enerjiyə olan tələbatı artdıqca ətraf mühitə atılan istixana effekti yaradan karbon tullantılarının miqdarı da çoxalır.
Atmosferdə qaz balansının dəyişməsi isə bir çox ekoloji problemlərin yaranmasına, o cümlədən qlobal istiləşmə, iqlim dəyişkənliyi kimi fəsadların meydana gəlməsinə şərait yaradır.
Bu problemlərlə mübarizədə hər il mart ayının sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən “Yer saatı” (Earth Hour) aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırırlar.
“Yer saatı” aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA kampaniyası və Earth Hour Azerbaijan cari ildə də Bakı şəhərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirəcəkdir.
Bu il 23 mart tarixində yerli vaxtla saat 20:30-da Bakı şəhərinin simvolu olan Qız qalasının qarşısında start götürəcək aksiya çərçivəsində Alov Qüllələri (Flame Towers), Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasad işıqlandırılması bir saat müddətində dayandırılacaqdır.
Xatırladaq ki, “Yer saatı” aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilmiş və təxminən 2.2 milyon insanı əhatə etmişdir. Hazırda “Earth Hour” şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirak edən şəhərlərin sayı isə 6900-dən çoxdur.
Ötən ildən “Yer saatı” aksiyasına qoşulan IDEA kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmışdır.
Gün.Az
Category : Video Qalereya
Category : Blog
2007-ci il Avstraliya, Sidney – 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxmaqla bir saatlıq işıqları söndürür və ekologiya tarixində yeni imza atır. Bir il sonra – Earth Hour (Yer Saatı) 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilir. 2009-cu ilin mart ayında 100 milyonlarla insan üçüncü Earth Hour-da iştirak edir. 2010-cu ilin mart ayının 27-si Earth Hour 128 ölkədə rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük kampaniyasına çevrilir.
2011-ci il martın 26-sı – Azərbaycan da, əsasən də Bakı, İsmayıllı və Sabirabad “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə bu dünyəvi aksiyaya qoşulur. 2012-ci il martın 31 IDEA kampaniyası ilə birgə ölkə üzrə ən böyük “Yer Saatı” keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu,
Bakı şəhərinin simvolu olan Qız Qalası, Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, Bridge Plaza, ZQAN Holdinq, Azərbaycan Texniki Universiteti kimi tikililəri, paytaxtla yanaşı Gəncə, Lənkəran, Lahıc şəhərləri işıqlarını bir saatlıq söndürür.
2013-ci ilin mart ayının 23-ü Azərbaycan yenidən Earth Hour aksiyasında iştirak edəcək! Bununla biz bir daha sübüt edecəyik ki, ümumbəşəri proseslərə və problemlərə laqeyd deyilik. Bu Earth Hour fərqliliyimizi və eyni anda dünya ilə birliyimizi yenidən göstərəcək!
Category : Blog
Azərbaycanda 2012-ci il Yer saatı aksiyasına qoşulan dördüncü şəhər Gəncə şəhəridir.
Xatırladaq ki, Gəncə Dövlət Universitetinin işıqları 31 mart tarixində saat 20.30-da 1 saatlıq söndürülmüşdür. Aksiyada 70-ə yaxın gənc iştirak etmişdir. Bununla yanaşı aksiya şəhər sakinlərinin böyük marağına səbəb olmuşdur. Keçirilən Yer saatı kampaniyasının sayəsində sakinlər iqlim dəyişiklikləri, Yer kürəsinin məhdud resursları, o cümlədən ətraf-mühitin qorunması barədə məlumatlandırılmışlar.
Category : Blog
Yer saatı kampaniyasına bu il Lahıc şəhərinin sakinləri də qoşulmuşlar.
Mart ayının 31-ində Lahıc tarix-memarlıq qoruğunun işıqları bir saatlıq keçirilmiş və bununla şəhər sakinləri Yer kürəsinin enerji ehtiyatlarının məhdudiyyətli olmasına diqqətləri yönəltmişlər. Aksiyada 50-yə yaxın gənc sakin iştirak etmişdir.
İşıqların söndürüldüyü 1 saat müddətində aksiya iştirakçıları tərəfindən Earth Hour kampaniyasının rəsmi loqosu şamlarla yerdə təsvir olunmuşdur.
Category : Blog
Earth Hour kampaniyası bu il Bakı şəhərindən başqa Lənkəranda, Lahıcda və Gəncədə keçirilmişdir.
Mart ayının son şənbə günü saat 20.30-da 40-50 nəfər şəhər sakini tərəfindən şəhərin Lənkəran körpüsünün işıqları 1 saatlıq öndürülməklə Yer saatı aksiyası keçirilmişdir.İşıqların söndürüldüyü 1 saatlıq müddətdə gənclər şam yandırmış və bolluca əylənmişlər. Qeyd edək ki, Lənkəran şəhəri bu il Yer saatı kampaniyasında ilk dəfə idi ki, iştirak edirdi. Lakin,buna baxmayaraq aksiya böyük uğurla həyata keçirilmiş və şəhərdə marağa səbəb olmuşdur.
Aksiyanın gedişatı şəkil və videolara əks olunmuşdur.