Author Archives: eartaz

  • 0
kvadrat esas

IDEA növbəti dəfə “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi koordinator statusunu alıb

Category : Blog

IDEA İctimai Birliyi növbəti dəfə Dünya Vəhşi Təbiət Fondunun (WWF) “Yer saatı” beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir. Koordinator qismində IDEA 10 illiyini qeyd edən “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlərin keçirilməsini planlaşdırır.

“Yes saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7000 şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilmişdir.

“İqlim hərəkatına işıq saçın” şuarı altında keçirilən “Yer saatı” kampaniyası ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarmışdır.

Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaəti təşviq edirlər.

IDEA İctimai Birliyi 25 mart 2017-ci il tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət təşkilatları və özəl qurumlar, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).


  • 0

Restoranlar üçün ideyalar

Category : Blog

EH-rest1

Hər il “Yer saatı” kampaniyası çərçivəsində dünyanın bir çox məhşur restoranları müxtəlif tədbirlər təşkil edərək planetimizə olan qayğı və diqqətləri nümayiş edirlər. Əgər sizin restoranınız Yer Saatına dəstək üçün nəsə etmək və iqlim dəyişkənliyinə qarşı mübarizəyə qoşulmaq istəyirsə, burada sizin üçün maraqlı ideyaları təqdim edirik. Sizin köməyinizlə biz planetimizə daha çox kömək edə bilərik!

– Qeyri-zəruri işiqları şənbə günü 25 mart saat 20:30-21:30 aralığında söndürün. Məkanınızda minimal işıqlandırmadan istifadə edin (bu həm də sizin təhlükəsizliyiniz üçün səmərəli üsuldur) və daxili sönməyən işıqları zəiflətməyə çalışın.

– Şam işıqlarında məftunedici  “Yer Saatı –Şam yeməyi”  təşkil edin. Bunun üçün qonaqlara ekoloji məhsullardan ibarət xüsusi menyu da təklif edə bilərsiniz.

– Qonaqları “Yer Saatı –Şam yeməyi”  gecəsinə dəvət etmək üçün qapınıza və ya pəncərənizə nişanlar vurun. Həmçinin masaların üzərinə, foyedə və vanna otaqlarında Yer Saatı üçün xatırladıcı nişanlar qoya bilərsiniz.

-Yer Saatının “Xoşbəxt Saat” olmasına nə deyirsiniz? J Müştərilərinizə 20:30-21:30 vaxt intervalında endirimli və ya yarı qiymətinə içkilər təklif edin. Əminik ki, bu müştərilərinizin çox xoşuna gələcək!

– Yer Saatına qoşulacağınız halda vebsaytınızda və sosial media səhifələrinizdə  məlumat yerləşdirin və paylaşımlarınızı #earthhouraze həştəqi ilə yerləşdirin.

– Müştərilərinizi əyləndirmək üçün akustik musiqi ifa edən yerli qrup və müğənniləri dəvət edin.

Qeydiyyatdan keçin! 


  • 0
2015-04-01_092026

Yer saatı 2015

Category : Video Qalereya


28 mart tarixində Bakı şəhərində “Yer saatı 2015” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilmişdir. IDEA İctimai Birliyi, Dünya Vəhşi Təbiət Fondu (WWF) Azərbaycan nümayəndəliyi və “Green Baku” təşkilatının dəstəyi ilə baş tutan tədbirdə 200-dən artıq gənc iştirak etmişdir.


  • 0
4-20150331164111

Yer saatı 2015

Category : Foto Qalereya

Photo report – 2015-ci ildə keçirilən Earth Hour layihəsi


  • 0
2015-03-16_170012

  • 0
maxresdefault

IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu almışdır

Category : Blog

Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu vermişdir.

“Yer saatı” kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir.

“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə aksiya iştirakçıları enerjiyə qənaət edilməsini təşviq edirlər.

Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazı iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi qabardılır.

Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.

Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində, IDEA İctimai Birliyi “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə etmişdir.

IDEA İctimai Birliyi, 2015-ci ilin 28 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).


  • 0
5

  • 0
qq

  • 0
2

  • -
Screenshot_1