Fərdlər üçün  ideyalar

  • 0
3-20150331164111

Fərdlər üçün  ideyalar

Category : Blog

 

Hazırda nə düşündüyünüzü bilirik –  “Mən təkəm, öz gücümü necə sərf edə bilərəm?”

Əslində saysız maraqlı üsullarla! Aşağıda sizi ilhamlandıracaq bir sıra ideyaları təqdim edirik:

  • Eyni düşüncəli dostlarınla bir araya gələrək ölkənin Yer Saatını qeyd et və iqlim dəyişikliyinə qarşı mübarizə apardığını göstər! Ölkənin bu il Yer saatını necə qeyd etdiyini bilmək üçün aşağıdakı vebsayta daxil ol www.earthhour.az ya da öz fərdi tədbirini hazırla!
  • Yerli şəhər bələdiyyəsinə yazaraq şəhəri necə yaşılllaşdırmaq, tullantılardan təmizləmək və işıqlandırmaq barədə ideyalarını bölüş. Məs: günəş enerjisindən daha çox istifadəyə təkan vermək və ya yaşıllıqların salınması barədə.
  • Dostlarına və ailə üzvlərinə Yer Saatı zamanı və ondan sonra da işıqları və digər elektrik cihazları söndürməyi tapşır. Sənin çağırışın onları da bu məlumatı başqalarına ötürməyə həvəsləndirəcək.
  • Sosial şəbəkədə Yer saatı barədə məlumat yay. Nə qədər çox adama mesajımız yetsə, planetimizin gələcəyi üçün bir o qədər çox iş görmüş olarıq. Facebook, Twitter və Instagram səhifələrimizi bəyənərək yenilənən məlumatlar ala və yeni ideyalarla tanış ola bilərsən.

Unutma! Keçirmək istədiyin tədbir haqqında ideyalarını bizimlə və bütün dünya ilə bölüşərək daha çox insana motivasiya ola bilərsən.

Qeydiyyatdan keç!

 

 

 

 

 

 

 


Leave a Reply