Lahıc da bizimlədir!

  • -
lahic

Lahıc da bizimlədir!

Category : Blog

Daha bir xoş xəbəri Sizlərlə bölüşmək istərdik. Azərbaycanın ən gözəl və əsrarəngiz güşələrindən biri olan Lahıc da Earth Hour kampaniyasında iştirak edəcək.

Qəsəbə gənclərinin təşəbbüsü ilə başlanan danışıqlar müsbət nəticə verib və martın 26-sı tədbirlərin keçirilməsi barədə ilkin razılıq alınıb.

Ən müsbət məqam isə Azərbaycanın iri şəhərləri ilə yanaşı kiçik qəsəbə və kəndlərin də Earth Hour Azerbaijan-a maraq göstərməsidir. Yaxın gələcəkdə onların sayının artacağına ümid edirik.