Earth Hour Azərbaycan

  • -
aze

Earth Hour Azərbaycan

Category : Blog

Earth Hour aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunmuşdur. Həmin aksiya zamanı 2.2 milyon şəhər sakini və 2,000-dən çox təşkilat qlobal iqlim dəyişikliyinə qarşı çıxaraq bir saatlıq işıqları söndürmüşdülər.

Artıq bir ildən sonra Earth Hour 35 ölkədə 50 milyondan artıq tərəfdaş toplayaraq qlobal hərəkata çevrilmişdir. Sidneydəki Harbour Bridge, Torontodakı CN Tower, San Fransiskodakı Golden Gate Bridge, Romadakı Colosseum kimi möhtəşəm tikililər ətraf mühitin qorunmasına ümid simvolu olaraq qaranlığa qərq olmuşlar. 2009-cu ilin mart ayında 100 milyonlarla insan üçüncü Earth Hour-da iştirak etmişlər.

88 ölkənin 4000-dən çox şəhər planetin qorunmasına dəstək verməklə Earth Hour 2009-u həmin ilin iqlim dəyişikliyinə təşəbbüs göstərən ən böyük aksiyasına çevirdi.

2010-cu ilin mart ayının 27-si Earth Hour 128 ölkədə rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük kampaniyasına çevrildi. Asiyadan Avropaya və Afrikadan Amerikaya qədər olan möhtəşəm tikililərin işıqları söndürülmüşdü. Müxtəlif ölkələrin sakinləri bir gündə eyni “Planetimizi qorumaq” məqsədilə birləşdilər.

“İRƏLİ” İctimai Birliyi, Azərbaycanda ilk dəfə, Earth Hour dünyəvi aksiyasına qoşularaq 2011-ci il martın 26-sı saat 20:30-da bu aksiyanı keçirdi. Paytaxt Bakıda və bir neçə digər şəhərdə, o cümlədən İsmayıllı və Sabirabadda bunun üçün böyük təşəbbüs göstərdik və çox yüksək nəticəyə nail olduq.

2012-ci ildə Azərbaycan yenidən Earth Hour aksiyasında iştirak edəcək! Bu aksiyanın mart ayının son şənbə günü, daha dəqiq desək, 31 mart tarixində keçirilməsi nəzərdə tutulur. Bu Earth Hour ərzində Sizi bizimlə birgə olub, öz fərqliliyinizi bizimlə bölüşməyə dəvət edirik. Biz birlikdə bunu edəcəyik!

Daha ətraflı: http://www.earthhour.org